Zərif Havanada Kubanın xarici işlər naziri ilə görüşüb
Noy 07, 2020 09:06 Asia/Baku
Kubada rəsmi səfərdə olan İranın xarici işlər naziri bu ölkənin xarici işlər naziri Burno Rodrigez ilə görüşüb, fikir mübadiləsi aparıb.
SəhərAzəri xəbər verir, bu görüşdə tərəflər siyasi, iqtisadi və beynəlxalq sahələr üzrə ikitərəfli əməkdaşlıqların genişləndirilməsi yollarını müzakirə edib və onun vacibliyini vurğulayıblar.
Hər iki ölkənin Fələstin amallarını dəstəkləməsi, enerji, nano-texnologiya və biotexnologiya sahələri üzrə əməkdaşlıq, həmçinin Latın Amerikası və Yaxın Şərqlə əlaqədar mövzularda iki ölkənin ahəngdarlığı İran və Kubanın xarici işlər nazirlərinin digər müzakirə predmetlərindən olubdur.