İran prezidenti Bakı və İrəvan rəsmilərinin son qərarını rəğbətlə qarşılayıb
İran prezidenti Bakı və İrəvan rəsmilərinin hərbi döyüşlərə son qoymaq və münaqişənin diplomatik yolla həll edilməsi prosesinə başlamaq üzrə son qərarından razılıq edib.
SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə virtual formada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 20-ci sammitindəki çıxışında həmçinin belə qeyd edib: İran bölgədə ədalətli və davamlı sülh, sabitlik və təhlükəsizliyin bərqərarı, həmçinin gərginlik və ixtilafların azaldılması istiqamətindəki hər hansı səyi alqşlayır.
İran prezidenti söyləyib: İran Qərbi Asiyada əsas qovşaq yollarından biri kimi Şanxay Təşkilatının üzvləri və region ölkələrindən bir çoxunun infrastruktur ehtiyaclarını təmin etməyə qadirdir.
Ruhani sonra bildirib ki, tezliklə Xəzər dənizi kənarında Rəşt-Ənzəli limanı dəmiryolunun təkmilləşməsilə «Şimal-Cənub dəhlizi» dəmiryolu reallaşacaqdır.
O, sonra söyləyib: Qarşıdakı bir neçə həftə ərzində Xaf-Hərat dəmiryolunun açılması da Əfqanıstana və Mərkəzi Asiya ölkələrinə çox dəyərli bir kömək olacaqdır.
İran prezidenti həmçinin vurğulayıb: Amerika seçkilərinin nəticələri göstərdi ki, təkcə dünya deyil, Amerika xalqı da öz ölkəsinin hazırkı hökumətinin qeyri-düzgün siyasətlərindən təngə gəlibdir.