Amerikanın tənəzzülü prosesi sürətlənib
İran İslam Şurası Məclisinin sədri deyib: Amerika seçkiləri ilə bağlı hadisələr, bu ölkənin heybətinin sınması ilə, Amerikanın tənəzzülü prosesini sürətləndiribdir.
SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf bu gün ABŞ seçkilərindən sonrakı olaylara işarə ilə/ deyib: Amerikanın iqtisadi, siyasi, ictimai və quruluş problemləri olduğu kimi dünyanın ictimai fikrinin qarşısında sərgiləndi və bu günün real təsviri/ Amerikanın tənəzzülə gedən prosesini dünya məzlumlarının gözləri önündə nümayiş etdirdi.
Şəxslərin dəyişdirilməsinin Amerikanın İran qarşısındakı siyasətlərinə heç bir təsir göstərməyəcəyinə toxunan Qalibaf deyib: İran üçün yalnız Co Bayden hökumətinin real addımları mühümdür və iranlı şrikətlərin dünya ilə ticarəti, bank fəaliyyətləri və neft satışı prosesinin adiləşməsini əməldə müşahidə edə bilmək lazımdır.
İran İslam Şurası Məclisinin sədri həmçinin bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ardıcıl hesabatlarına əsasən, İran İslam Respublikası özünün bütün öhdəliklərini tam şəkildə icra edibdir.
O, deyib: Əgər Bayden doğrudan da nüvə anlaşmasına inanırsa, heç bir önşərt olmadan yerinə yetirilməmiş öhdəlikləri icra etməli və Amerika hökumətinin öhdəliklərinin yerinə yetirilməməsindən İran xalqına dəymiş birneçəillik xəsarətlərin əvəzini çıxmalıdır.