Noy 17, 2020 09:30 Asia/Baku
  • İranda COVID-19 vaksini istehsalının irəliləyişini araşdırıblar

İranda COVID-19 vaksini istehsalının irəliləyişi araşdırılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatının yüksək vəzifəli nümayəndələri, İranın səhiyyə naziri və səhiyyə nazirliyinin rəsmiləri, həmçinin tədqiqat qruplarının iştirakı ilə video-konfrans formasında İranda COVID-19 vaksini istehsalının irəliləyişinin araşdırılması üzrə ilk yığıncaq keçirilib.

Yığıncaqda iranlı tədqiqatçıların Həzrət İmam Xomeyni(r.ə)-ın fərmanının icrası komitəsinin dərman bölməsinin altı ixtisaslaşdırılmış platforması daxil olmaqla koronavirus vaksininin düzəldilməsi üzrə platformalar barədəki son nailiyyətləri araşdırılıb və tədqiqatçılar bu sahədə fikir mübadiləsi aparıblar.

İranın səhiyyə naziri Səid Nəməki bu yığıncaqda deyib: "Tezliklə İran dünyada koronavirus peyvəndinin düzəldilməsi sahəsində qabaqcıol ölkələrdən biri kimi tanınacaqdır".

Nəməki əlavə edib: "Koronavirus vaksini platformaları İrandakı bir neçə şirkətdə birinci və ikinci etapları uğurla arxada qoyublar və hazırda üçüncü etapı keçirməkdədirlər".

Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq ofisinin müdiri Əhməd əl-Mənzəri də bu yığıncaqda iranlı tədqiqatçıların koronavirus peyvəndinin istehsalı sahəsindəki elmi uğurlarından heyrətləndiyini bildirib. Deyib ki, İranda izlənilən metodlardan biri, tamamilə yeni və özünəməxsusdur.

Teqlər