İran Silahlı Qüvvələrinin Ali Baş Komandanın köməkçisi və :
"İran regionda davamlı təhlükəsizliyin mehvəridir"
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanın köməkçisi və müşaviri deyib: "İran İslam Respublikası regionda davamlı təhlükəsizliyin mehvəri və Qərbi Asiyanın ən əmin-aman ölkəsidir".
SəhərAzəri xəbər verir, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanın köməkçisi və müşaviri general-mayor sərdar Yəhya Rəhim Səfəvi dünən İranın şimalında yerləşən Rəşt şəhərində qeyd edib ki, ABŞ öz silahlarını satmaq üçün regionda gərginlimk yaradır.
General-mayor Rəhim Səfəvi ABŞ hökumətinin bütün beynəlxalq öhdəlikləri pozduğunu bəyan edərək, əlavə edib: "İran İslam Respublikası Avrasiya ölkələri ilə öz əlaqələrini birgə maraqlar və təhdidlər əsasında qurub".
İranın Geopolitik Assosiasiyasının sədri İranın Qərbi Asiya regionunda lider güc olduğunu və müxtəlif sahələrdə, o cümlədən texnologiya sahəsində yüksək potensiala sahib olduğunu bildirib və əlavə edib: "İran güclü, stabil və etibarlı bir ölkədir və Avrasiyada təhlükəsizliyin təmin edilməsində rol oynaya bilər".