Noy 19, 2020 15:59 Asia/Baku
  • İranın cənub-şərqində iki tona yaxın narkotik maddə aşkar edilib

İranın Sistan və Bəluçestan vilayətində min səkkiz yüz kiloqramdan çox narkotik maddə aşkar edilib.

SəhərAzəri xəbər verir, Sistan və Bəluçestan vilayətinin nizam-intizam qüvvələrinin komandanı general pasdar Əhməd Taheri bu gün bu vilayətdə min səkkiz yüz kiloqramdan çox narkotik maddənin aşkar edilməsindən xəbər verərək, deyib: Bu miqdarda narkotik maddə narkotik maddələrlə mübarizə polisinin Zahidan və Xaş rayonlarında keçirdiyi iki əməliyyatda iri bir narakomaddə qaçaqmalçıları dəstəsi ilə bir neçə saatlıq toqquşma zamanı ələ keçirilibdir.

İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, ötən bir il ərzində 950 tondan çox narkotik maddə aşkar və müsadirə etməklə dünya səviyyəsində ən çox miqdarda narkotik maddə aşkar edibdir.

Teqlər