Zərif Azərbaycan Respublikasına səfər edəcək
https://azeri.sahartv.ir/news/İran-i369772-zərif_azərbaycan_respublikasına_səfər_edəcək
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu ölkənin xarici işlər nazirinin gələn həftə Rusiya və Azərbaycana səfər edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2020 17:39 Asia/Baku
  • Zərif Azərbaycan Respublikasına səfər edəcək

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu ölkənin xarici işlər nazirinin gələn həftə Rusiya və Azərbaycana səfər edəcəyini bildirib.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə öz şəxsi Tvitter səhifəsində  yazıb: "İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 23-24-də Rusiya və Azərbaycan Respublikasına səfər edəcək".

S.Xətibzadə iki günlük səfərin əssas məqsədinin regional danışıqlar, Dağlıq Qarabağ münaqişəsi, bölgədə baş verən son proseslər və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparmaq olduğunu bildirib.