İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı aparıldı
https://azeri.sahartv.ir/news/İran-i369976-İran_və_rusiya_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı_aparıldı
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Məhəmməd Cavad Zəriflə telefonla danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 19:51 Asia/Baku
  • İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı aparıldı

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Məhəmməd Cavad Zəriflə telefonla danışıb.

SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Xarici İşlər Nazirimiz Məhəmməd Cavad Zərifin arasında telefon danışığı aparıldıqını bildirib.
Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti və müharibədə yaralanan mülki şəxslərə humanitar yardımın verilməsinin vacibliyini müzakirə ediblər. 
İki ölkənin xarici işlər nazirləri Suriya, Fars körfəzi bölgəsi, Yəmən və Əfqanıstandakı vəziyyət də daxil olmaqla digər vacib məsələlər barədə fikir mübadiləsi aparıblar. 
İki tərəfdaş, nüvə anlaşması( Hərtərəfli Ortaq Fəaliyyət Planı (JCAP) ) da daxil olmaqla, beynəlxalq ikitərəfli qarşılıqlı əlaqələrə də xüsusi diqqət yetiriblər. Onlar, bütün anlaşma üzvlərinin ən qısa zamanda, nüvə anlaşması( Hərtərəfli Ortaq Fəaliyyət Planı (JCAP) ) üzrə öhdəliklərinin tam yerinə yetirilməsinə qayıtmaqla bağlı Moskva və Tehranın öhdəlikləri barədə danışıblar.
Zərif və Lavrov, ticarət, iqtisad və insan haqları sahəsində İran-Rusiya hərtərəfli əməkdaşlıq layihələrini müzakirə edərək, ikitərəfli məsələlərin bütün spektri üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.