Noy 27, 2020 23:19 Asia/Baku
  • Yəmənli Ənsarullah iranlı alimin terroruna reaksiya verib

Yəmən Ənsarullah hərəkatı, ölkəmizin qabaqcıl aliminin əleyhinə  sui-qəsdə reaksiya olaraq, hərəkatın Tehranın bu cinayətin sifarişçiləri və icraçılarına cavab vermək hüququnu vurğuladığını elan etdi.

SəhərAzəri  - ISNA-nın Əl-Məsirə şəbəkəsinə istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah hərəkatının siyasi ofisi, ölkəmizin tanınmış alimi olan Dr. Möhsün Fəxrizadənin şəhid edilməsi ilə əlaqədar verdiyi açıqlamada başsağlığı verib.

Açıqlamada Yəmənli Ənsarullahın bu cinayətin bütün planlaşdırıcılarına və icraçılarına cavab olaraq Tehranın haqqını vurğuladığı qeyd edilib.

Yəmən Ənsarullahı Fəxri Zadə səviyyəsində böyük elm adamlarına qarşı sui-qəsd cinayətlərinin, düşmənlərin əlmi inkişafı inhisarında saxlamq üçün İslam ümmətinin elmi elitasını məhv etmək cəhdləri ilə uyğun olduğunu, lakin Allahın izni ilə bu kimi məkirli planların uğursuz olacağını elan bildirib.
Qeyd edək ki; bu gün cümə günortadan sonra silahlı terrorçular Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Dr. Möhsün Fəxrizadənin olduğu avtomobilə hücum ediblər.
Terror aktı nəticəsində F.Möhsinzadə şəhid olub. 
Xarici işlər nazirimiz, Sionist rejimin ölkəmizin görkəmli elm adamının terror edilməsində rolunun ciddi əlamətlərinin olduğunu vurğulayaraq beynəlxalq ictimaiyyəti - xüsusilə Avropa Birliyini - biabırçı ikili standartlarına son qoymağa və bu dövlət terror aktını qınamağa çağırıb.

Teqlər