Sionist rejimlə münafiqlərin İranın nüvə aliminin terrorunda rolu
Sionist rejim və terrorçu münafiqlər qrupu İranın yüksək dərəcəli nüvə aliminin terrorunda rol oynayıblar.
SəhərAzəri xəbər verir, İranın yüksək dərəcəli nüvə və müdafiə alimi şəhid Mohsen Fəxrizadənin terroru uzaq məsafədən idarə olunan və «Nissan» markalı avtomobilin üzərinə quraşdırılmış pulemyot vasitəsilə həyata keçirilib.
Bu məlumata görə, sionist rejim istehsalı olan uzaq məsafədən idarə olunan xüsusi lülə ilə təchiz olunmuş pulemyot şəhid Fəxrizadənin təsviri üzərinə kilidlənən kimi atəş açıb.
Əldə olunan məlumatlar həmçinin bu məsələyə aydınlıq gətiribdir ki, «Nissan» markalı avtomobili iki məqsədlə seçilibdir. Birincisi, şəhid Fəxrizadəni aparan qrupa zərbə vurmaq, ikincisi isə mövcud faktları tamamilə silmək üçün uzaq məsafədən idarəni məhv etmək.
Terrorçular tərəfindən şəhid Mohsen Fəxrizadənin terrorunda istifadə olunmuş silahın qalıqları göstərir ki, bu silah sionist rejim istehsalı olubdur.