Dek 02, 2020 12:58 Asia/Baku
  • Ruhani dünya ictimaiyyətini sionist rejimlə mübarizəyə çağırıb

İran prezidenti Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü münasibətilə BMT Baş Assambleyasına müraciətində dünya ictimaiyyətini uşaq qatili olan sionist rejimin hərəkətlərilə mübarizəyə çağırıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü ilə bir zamanda çərşənbə axşamı günü Nyu-Yorkda, BMT iqamətgahında bu təşkilata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə bir mərasim keçirilib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə axşamı günü BMT Baş Assambleyasına müraciətində 29 noyabrın Fələstin ərazilərinin qəsbkar sionist rejim tərəfindən 70 ildən çox işğalını, bütün Fələstin xalqının qurtarmaq bilməyən əzab-əziyyətlərini, həmçinin məzlum Fələstin xalqına qarşı zülm və ədalətsizliyin davam etməsini xatırlatdığını bildirib.

O, vurğulayıb: Hər gün sionist rejim tərəfindən fələstinlilərin səhiyyə yardımlarına və minimum tibbi ehtiyaclara əlçatanlıqdan məhrum və onlara qarşı məhdudiyyətin tətbiq edilmələri və koronavirus pandemiyası şəraitində Qəzzə əhalisinə qarşı insan haqlarına zidd sanksiyaların davam etməsi və məzlum Fələstin xalqınının şəhid edilməsi və ilhaq planı da daxil olmaqla mütəşəkkil cinayətlər, rasist və təcavüzkar siyasətlərin daha artıq şahidi oluruq.

Ruhani sonra təqribən beş milyon fələstinlinin didərgin düşməsi, Şərqi Qüdsdə və qərb sahilində sionist qəsəbələrin salınması yolu ilə işğalçılığın genişlənməsi, fələstinlilərə qarşı irqi təmizləmə və Qəzzə zolağının zalımcasına mühasirəsini Fələstinin işğalının kədərli nəticələrindən adlandırıb və belə qeyd edib: Sionist rejimin Qüdsi-Şərifi yəhudiləşdirmək sahəsindəki hərəkətlərinin şiddətlənməsi və fələstinlilərin hüquqlarına təcavüz elə bir halda həyata keçirilir ki, bu bölgənin vəziyyəti geniş sionist qəsəbə salmalara və qeyri-yəhudi sakinləri zorla köçürməyə görə, olduqca təhlükəli miqyas alıbdır.

Ruhani bu müraciətdə daha sonra bildirib: Sionist rejimin bu rəftarı əslində Beytulmuqəddəsin islami və tarixi simvollarını pozmaq və onu yəhudiləşdirmək, bütün Fələstin ərazilərinə yiyələnmək və fələstinlilərin qayıdış haqqına mane olmaq məqsədini güdür və bir daha bu rejimin fələstinlilərin ərazilərini daha artıq işğal etmək və onların haqlı hüquqlarına məhəl qoymamaq üzrə rasist niyyətlərini üzə çıxarır.

İran İslam Respublikasının prezidenti vurğulayıb İran İslam Respublikası bu qənaətdədir ki, bu hərəkətlər nəinki işğal olunmuş ərazilərdə vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq, həm də geniş regional və beynəlxalq nəticələrə də gətirib çıxaracaqdır.

Ruhani sonra bildirib: Sionist rejim BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bəzi ölkələrin himayələrinə malik olduğuna görə, hər gün özünün fələstinlilərə qarşı insanlığa sığmayan hərəkətlər dairəsini genişləndirir və kütləvi qırğın silahlarının istehsalı üzrə məxfi plan, həmçinin Suriyaya və Livana qarşı təcavüz xüsusiyyət təşkil etməklə Yaxın Şərq bölgəsində təcavüzkar siyasətlər və hərəkətlərlə bu bölgənin hər yerində sülh və sabitliyi təhlükəyə salıbdır.

İran İslam Respublikasının prezidenti bildirib: İran İslam Respublikası Fələstin xalqının nicatverici və insani amalına olan öz hərtərəfli dəstəyinin davam etdirilməsinə təkid etmək və sionist rejimin işğalçılıqları və təcavüzlərinə qarşı fələstinlilərin qanuni və təqdirəlayiq müqavimətlərinə yüksək qiymət verməklə dünya ictimaiyyətini BMT-nin çox sayda qətnamələrinin maddələri və insan haqlarının pozucusu, həmçinin uşaq qatili olan sionist rejimin hərəkətlərilə mübarizəyə çağırır.

Ruhani daha sonra vurğulayıb: İran İslam Respublikası sionist rejimin/ bu rejimin əsirliyində olan fələstinliləri, xüsusən qadın və uşaqları qırğın etmək, eləcə də Qəzzə zolağının mühasirəsini davam etdirmək, əsrin sövdələşməsi və ilhaq planı üzrə son hərəkətlərini pisləyir və islami ölkələrin və dünya ictimaiyyətinin bu zalımcasına mühasirəyə son qoyulması istiqamətində təcili tədbirlər görmələri vacibliyinə təkid edir, habelə Fələstin məsələsinin həllini qanunsuz sionist rejimlə münasibətlərin adiləşdirilməsində deyil, islami ölkələrin və beynəlxalq ictimaiyyətin birliyində və bu rejimin insan haqlarına zidd və təcavüzkar siyasətlərilə mübarizə üçün qətiyyətli addımların atılmasında görür.

Teqlər