İranın şimal-qərbində 3 əks-inqilabçı terror ünsürü həbs olunub
https://azeri.sahartv.ir/news/İran-i370314-İranın_şimal_qərbində_3_əks_inqilabçı_terror_ünsürü_həbs_olunub
İranın şimal-qərbində üç əks-inqilabçı terror ünsürü yaxalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2020 16:20 Asia/Baku
  • İranın şimal-qərbində 3 əks-inqilabçı terror ünsürü həbs olunub

İranın şimal-qərbində üç əks-inqilabçı terror ünsürü yaxalanıb.

SəhərAzəri xəbər verir, bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahının ictimai əlaqələr bölməsi verib.

Məlumatda deyilir: İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahı döyüşçülərinin mürəkkəb əməliyyat tədbirləri, kəşfiyyat məlumatlılığı və sayıqlığı ilə İranın Qərbi Azərbaycan vilayətində terror hərəkətləri törətmək niyyətində olan dünya imperializminin muzdurlarından və əks-inqilabçı ünsürlərdən ibarət üçnəfərlik bir dəstə yaxalanıb.

Bu əməliyyatda Həmzeye Seyyedoşşohəda(ə) qərargahı döyüşçüləri tərəfindən terrorçulardan nəzərəçarpacaq miqdarda silah, sursat və rabitə avadanlıqları aşkar edilərək, müsadirə olunubdur.