Dek 03, 2020 20:35 Asia/Baku
  • Zərif:

İran xarici işlər naziri bildirib ki, Tehran öz xoşməramlılığını nüvə anlaşmasında göstərdi.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində göstərildiyi kimi nüvə anlaşmasındakı öhdəliklərinə önşərtsiz əməl etməlidir.

Məhəmməd Cavad Zərif «Aralıq dənizi dialoqları» adlı virtual yığıncaqda bildirib ki, Tehran bundan öncə, barəsində müzakirə etdiyi razılaşma haqda yeni müzakirəyə girməyəcək. O, vurğulayıb: Avropa və Amerika nüvə anlaşmasını icra etməyə sadiq olmalıdırlar və Amerika da bu sahədə şərt qoymaq istəmək mövqeyində deyildir.

Zərif sonra belə qeyd edib: Əgər nüvə anlaşması tərəfləri öz öhdəliklərinə əməl etməzlərsə, «İran xalqının hüquqlarının qorunması və sanksiyaların ləğv edilməsi üzrə strateji fəaliyyət» qanunu icra olunacaq.

Doqquz maddədən ibarət olan «İran xalqının hüquqlarının qorunması və sanksiyaların ləğv edilməsi üzrə strateji fəaliyyət» qanununa əsasən, İran hökuməti nüvə anlaşması tərəfi olan ölkələrin öhdəliklərinin icra olunmayacağı təqdirdə, bu qanunun qəbul edilməsindən bir ay sonra əlavə protokol sənədinin könüllü şəkildə icrasını dayandırmağa borcludur.

İranın xarici işlər naziri Birləşmiş Ştatların Tehranın tibbi imkanlara əlçatanlığını əngəlləmək üzrə insanlığa sığmayan hərəkətlərinə işarə ilə deyib: Amerika hətta İranın koronavirus vaksinini satın almaq üçün maliyyə mənbələrinə əlçatanlığına mane olur, halbuki bu «bəşəriyyətə zidd cinayət» olan addımlar Donald Tramp hökumətinin son günlərində atılmaqdadır.

İran xarici işlər naziri daha sonra bildirib ki, Avropa və Amerikadakı bəzi İran vətəndaşları qanunsuz şəkildə həbsdədirlər. O, Tehranın məhbuslar mübadiləsinə hazır olduğunu vurğulayıb.

Teqlər