Dek 06, 2020 08:44 Asia/Baku
  • Bu gün İranda Tələbə günü qeyd olunur; Tələbə günü İran xalqının anti-imperialist simvoludur

Bu gün azər ayının 16-sı, dekabrın 6-si, İran İslam Respublikası təqvimində tələbə günüdür.

SəhərAzəri xəbər verir, 1332-ci günəş ili azər ayının 16-sı, 1953-cü il dekabrın 6-sı, İran tələbələri Amerikanın ozamankı vitse-prezidenti Riçard Niksonun İrana səfəri ilə eyni zamanda Vaşinqtonun İranın daxili işlərinə müdaxiləsinə etiraz olaraq, Tehran universitetinin önündə aksiya keçirdilər.

Bu aksiya tamamilə asılı və oyuncaq Pəhləvi rejimi hərbçilərinin basqını ilə qana boyandı.

Pəhləvi rejimi hərbçilərinin aksiyaçılara qarşı hücumunda üç iranlı tələbə şəhid oldu, yüzlərlə nəfər də yaralandı.

Tələbə günü İran xalqının ABŞ-ın müdaxilə mahiyyətli siyasətlərinə qarşı mübarizəsi tarixinin bir hissəsini xatırladır. Bu üzdən, 16 azər hadisəsi İranda tələbə mübarizələrinin formalaşması və mahiyyət kəsb etməsi sahəsində xüsusi önəmə malikdir.

Anti-imperialist diskussiyaya, eləcə də dini və inqilabi amalçılığa malikolma, formalaşdığı gündən bu günədək İran tələbə hərəkatının ən qabarıq göstəricilərindəndir.

İranda tələbə hərəkatının tarixi mahiyyəti, formalaşma prosesi və rol oynamaları da göstərir ki, tələbə təbəqəsi daima düzgün müəyyənetmə və analizlə İranın milli maraq və mənafeləri çərçivəsində öz tapşırığını tərif edibdir.

Teqlər