Qəribabadi: "AEBA-nın qizli məlumatları sızdırması ilə bağlı hüquqi prosesləri izləyəcək"
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi və səfiri AEBA-nın qizli hesabatının bir qərb mediasında dərc olunmasına toxunaraq, deyib: "İran tezliklə bu məsələ ilə bağlı hüquqi təşkilatlara müraciət edəcək".
SəhərAzəri xəbər verir, Kazim Qəribabadi İRİB-ə verdiyi müsahibədə İranın nüvə anlaşması, təhlükəsizlik məsələləri, həmçinin İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə məktublarının gizli olduğunu bəyan edərək, deyib: "İranın gizli məlumatların qorunması sahəsində AEBA-ya qarşı etirazları və hüquqi prosesləri 20 ildən artıq bir keçmişə malikdir."
"Hüquqi proseduru bitməmiş hər hansı bir gizli məlumatın yayılması, bu məlumatın sahibi olaraq, yalnız İran İslam Respublikasının sərəncamındadır."
Qərb mediaları cümə günü bildiriblər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik üzv ölkələrə İranın Nətənz nüvə təsisatlarında daha çox müasir "IR-2M" sentrifuqaları quraşdırmaq niyyətində olduğunu açıqlayıb.
Bu ilk dəfə deyil ki, İranın nüvə fəaliyyətləri ilə bağlı AEBA-nın gizli məlumatları mətbuata sızdırılır.
Bundan əvvə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov da AEBA-nın gizli məlumatları mediyaya sızdırmasına etiraz edib.
Qərb mediasında bu xəbərin, İran İslam Şurası məclisində "sanksiyaların lğəv edilməsi üçün strateji fəaliyyət" planının təsdiq edilməszindən qısa müddət sonra dərc edilməsi rezonans doğurub.
İran İslam Şurası məclisinin təsdiqlədiyi bu qanun layihəsinə əsasən, İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı, 3 ayadək sanksiyaların lğəv edilmədiyi təqdirdə, Nətənzin şəhid Əhmadi Rövşən adına yeraltı hissəsində ən azı 1000 ədəd "IR-2m" tipli sentrifuqaları quraşdırılması, qazın vurulması, materialların münasib dərəcədə zənginləşdirilməsı və saxlanılması əməliyyatına başlamalıdır.
Almaniya, İngiltərə və Fransa, ABŞ-ın 2018-ci il mayın 8-də İranla nüvə anlaşmasından qanunsuz çıxmasından sonra, İranın iqtisadi maraqlarına təminat verərək, anlaşmanı davam etdirəcəklərinə söz verdilər. Bu üç ölkə sözdə ABŞ-ın bu hərəkəti qarşısında dayansalarda praktikada nüvə anlaşmasını qorumaq üçün vəd etdiklərini yerinə yetirə bilmədilər.
Belə bir şəraitdə İran Milli Ali Təhlükəsizlik Şurası, 2019-cu il may ayının 8-də və ABŞ-ın nüvə anlaşmasından çıxmasının ildönümündə, İranın bu razılaşmanın 26 və 36-cı bəndlərinə uyğun olaraq, öhdəlikləri və hüquqları arasında balans yaratmaq üçün öhdəliklərini addım-addım azaldacağını bildirdi.
İran, sanksiyaların ləğv ediləcəyi və İranın nüvə anlaşmasının iqtisadi məziyyətlərindən faydalanacağı təqdirdə, öz öhdəliklərinə qayıtmağa hazır olduğunu vurğulayıb.