Dek 12, 2020 12:41 Asia/Baku
  • Vəliyyi-Fəqihin nümayəndələri Ərdoğanın sözləri ilə bağlı bəyanat yayıblar

Vəliyyi-Fəqihin Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri Ərdoğanın sözləri ilə bağlı bəyanat yayıblar.

SəhərAzəri xəbər verir, Vəliyyi-Fəqihin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri Ərdoğanın Bakıdakı müdaxiləçi sözləri fonunda bəyanat yayıblar.

 

Bəyanatda deyilir:

Bismillahir-Rəmanir-Rəhim

وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ کَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِکُمْ وَصَّاکُمْ بِهِ لَعَلَّکُمْ تَذَکَّرُونَ

İslam ümmətinin sənaye, iqtisadi, texnologiya və s.-də müxtəlif və hədsiz geriliklərəinə görə qisasçı və kinli düşmənlər tərəfindən mühasirəyə alındığı bir dönəmdə, İslam ölkələri və millətləri arasında hər hansı bir gərginlik, ixtilaf, bədbinlik, ayrılıq və nifrət yaratmaq bağışlanmaz bir günahdır.

Bu gün bütün İslam ölkələrində İslam ümmətinin hər bir üzvünə, xüsusən də vəzifə sahibi olanlara , hər hansı təfriqə yaradacaq davranışlar və danışıqlardan və İslam ümmətinin parçalanmasına səbəb ola biləcək istənilən hərəkətdən çəkinmələri şərən vacibdir.

Hamımız bilirik ki, strateji Qərbi Asiya regionu həmişə İslam və müsəlmanların şövkətinin düşmənlərinin tamahlandığı region olubdur. İndi də imperializm və sionizmin dəyişməz strategiyası elə budur. Düşmənin fitnələrini dərindən anlayaraq, Qərbi Asiya ölkələrinin hökmdarları və rəsmiləri tərəfindən istənilən açıqlamanın düşüncə və yetkinliklə müşayiət olunması üçün biz az zəka kifayət edər.

Təəssüflə, Azərbaycan Respublikasının Qarabağ müharibəsindəki qələbəsinə həsr edilmiş paradda elə şeirlər və ifadələr dilə gətirildi ki, ölkəmizin izzəti və ərazi bütövlüyünü hədəfə almışdı və onları dilə gətirənin bədbəxliyindən bu şeirlər doğma vətənlərindən ayrı düşmüş iranlılar tərəfindən deyilibdir. 200 ildir ki, Qafqazın şimalındakı 17 vilayətdə yaşayan, rus imperiyası tərəfindən ana vətənləri, ata-baba yurdları və tarixi vətənlərindən ayrılan iranlılar həsrət şeiri deyirlər, həsrətlə yaşayırlar. Nə yaxşı olardı ki, əziz İranımızın tarix tədqiqatçıları bu həsrət şeirlərini toplayıb, xitabəni tənzimləyənlərin necə böyük xəyanət etdiklərini və onun üçün böyük rüsvayçılıq yaratdıqlarını başa düşmək üçün Türkiyə prezidentinə göndərərdilər. 

Həsrət şeirlərindən daha üstünü Qarabağın Gülüstan bölgəsində "Gülüstan" müqaviləsinin imzalanmasından sonra iranlıların böyük təqlid mərcələrinə yazdıqları və işğalçıların şərəf və ləyaqətlərinə qarşı etdiyi zülmlərindən şikayətləndiyi və mərcəiyyətdən kömək istəfiklərinə dair ağrılı və ürək yandıran məktublardır. 

Yer üzərindəki insan həyatının tarixində bir çox həsrət şeiri yazılmışdır, lakin iki növ həsrət şeiri bütün bu növ şeirlərdən daha ağrılı və daha üstündür; Birincisi, Gülüstan və Türkmənçay müqavilələri çərçivəsində  rus imperiyası tərəfindən öz doğma və tarixi vətənlərindən ayrılan İranlıların həsrət şeirləri, ikincisi isə Şah İsmayıl Xətaidən uzaq düşən 25 milyon Anadolu ələvilərinin həsrət şeirləridir.

Qəribədir ki, Şah İsmayılın həyatından təxminən 450 ilin keçməsinə baxmayaraq, hələ də həsrət şeirləri  Türkiyənin cəmxanalarında oxunur.

Sovet hökumətinin dağılması ərəfəsində baş verən 19 yanvar hadisəsi və azərilərin öz ana yurdlarına doğry axın etmələri dünyaya azərbaycanlıların çox dözümlü, soylu, əsil və qeyrətli şəxsiyyətlərini nümayiş etdirmiş oldu və məlum oldu ki, ana vətənə sevgi və məhəbbət alovları hələ də onların ürəklərində alovlanmaqdadır.

Onlar hərəkətləri ilə sübut etdilər ki, hər şey unudulsada, ana və Əhli-beyt-ə (ə) bağlılıq unudulası deyil. 

Son söz bu ki, xitabə üsulu və siyasət prinsipləri tələd edir ki, xitabəçi elmi, siyasi və ictimai çəkisinin azalmaması üçün imkanları diqqətlə araşdırdıqdan sonra istəklərini dilə gətirsin.

Hər kəs bir az araşdırsa bilər ki, həmin şeirləri söyləyən şəxsin məqsədlərinə nail olmaq üçün zərrə qədər imkan yoxdur. Cənab Heydər Əliyevin ona ilhaq barədə sual verilərkən, söylədiyini xatərlayırıq ki, dedi: "Bunu irəli sürənlər dəlidirlər! çünki əl bədənə birləşməlidir, əksi deyil".

Hər kəs bilməlidir ki, qonşularla və bəlkə də bütün müsəlmanlarla mehriban qonşuluq və əməkdaşlıq İslam İnqilabının ən həssas prinsiplərindən biridir və bu məsələnin vacibliyi Ali Məqamlı Rəhbər tərəfindən hər zaman vurğulanıbdır. Odur ki, biz regionun hazırkı həssas vəziyyətində bütün müsəlmanları xüsusilə İran, Azərbaycan və Türkiyə müsəlmanlarını daha çox ayıq olmağa, düşmənin mürəkkəb təfriqə yaradan fitnələri üçün bir alətə çevrilməməyə və (Həmmu bema ləm yənalu, yəni bir şeyi niyyət etdilər, lakin ona nail ola bilmədilər) ayəsini reallaşdırmağa çağırırıq.

وآخر دعوانا  ان  الحمد لله رب العالمین

Vəlliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi-Seyid Məhəmməd Əli Ali Haşim

Vəlliyi-Fəqihin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi-Seyid Mehi Qureyşi

Vəlliyi-Fəqihin Zəncan vilayətindəki nümayəndəsi-Əli Xatəmi

Vəlliyi-Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi-Seyid Həsən Amili

Teqlər