İranın nüvə anlaşmasının qorunması yolları müzakirə olunub
https://azeri.sahartv.ir/news/İran-i371026-İranın_nüvə_anlaşmasının_qorunması_yolları_müzakirə_olunub
Alman xəbər agentliyi İranla nüvə anlaşmasına üzv ölkələrin xarici işlər nazirlərinin əsas müzakirə predmetinin bu anlaşmanı qorumaq cəhdləri olduğunu bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 21, 2020 13:04 Asia/Baku
  • İranın nüvə anlaşmasının qorunması yolları müzakirə olunub

Alman xəbər agentliyi İranla nüvə anlaşmasına üzv ölkələrin xarici işlər nazirlərinin əsas müzakirə predmetinin bu anlaşmanı qorumaq cəhdləri olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Almaniyanın "D.B.A" xəbər agentliyinin məlumatına görə, bu gün İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına üzv ölkələr yəni Rusiya, Çin, Almaniya, Britaniya və Fransanın xarici işlər nazirlərinin bu razılaşmanın qorunması yollarını araşdırmaq məqsədilə video konfrans formatında görüşü keçirilib.

Bundan əvvəl də İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, İranla nüvə anlaşmasına üzv olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün cari ilin 21 dekabr tarixində video konfrans şəklində keçiriləcəyini bildirmişdi.

Məlumata görə, İran ABŞ-ın nüvə anlaşmasına qayıdacağı və sanksiyaları ləğv edəcəyi təqdirdə öz öhdəliklərinə əməl edəcəyini, lakin nüvə anlaşmasında heç bir dəyişikliyi qəbul etməyəcəyini vurğulayıb.