Dek 24, 2020 13:14 Asia/Baku
  • Tehran və Bakı Xudafərin su bəndinin maliyyə hesablaması tərzi haqda razılığa gəliblər

İranın energetika naziri Xudafərin su bəndinin maliyyə hesablaması tərzi haqda Azərbaycan Respublikası ilə razılığa gəlindiyini bildirib.

SəhərAzəri xəbər veriri ki, Reza Ərdəkaniyan dünən vurğulayıb ki, Xudafərin su bəndi layihəsilə bağlı maliyyə məsələləri tamamilə aydınlaşıbdır.

O, bildirib ki, su elektrik stansiyalarının inşası hər iki ölkəyə böyük mənfəətlər gətirəcəkdir.

Ərdəkaniyan sonra belə qeyd edib: Xudafərin Araz sərhəd çayı üzərində mühüm bir su bənddir. O, təxminən bir milyard 600 milyon kubmetrə qədər su tənzimləyə bilər.

İranın energetika naziri Xudafərin su bəndinin yuxarı və aşağı hissəsindəki ərazilərin 120 min hektarından istifadə edilməsinə işarə ilə deyib: Bu ərazilərdən əlavə, gücü 280 meqavatt olacaq iki su elektrik stansiyası elektrik enerjisi istehsal edə bilər ki, bu məsələ də gündəmdə durur.

Ərdəkaniyan daha sonra belə qeyd edib: Azərbaycan Respublikasının baş nazir müavininin çərşənbə axşamı günü bu ölkənin energetika naziri ilə birgə Tehrana səfəri zamanı Xudafərin su bəndinin maliyyə hesablaması tərzi haqda müzakirə aparıldı və Tehran və Bakı bu barədə razılığa gəldilər.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin energetika naziri Pərviz Şahbazov, həmçinin həmin ölkənin bir neçə məsul şəxsi ilə yanaşı çərşənbə axşamı günü Tehrana səfər etmişdi.

Teqlər