İranın Sarayevodakı səfiri:
Sərdar Soleimaninin şəhid edilməsi dövlət terrorizmi və ABŞ işində qara kartdır
İran İslam Respublikasının Bosniya və Herseqovinadakı səfiri " Müqavimət və Dövlət Terrorizmi" mövzusunda keçirilən onlayn dəyirmi masada bildirib: "Sərdar Soleimaninin pak cənazəsinin müşayiət mərasimində iştirak etməklə milyonlarla İranlı ən sərt xarici təzyiq altında olsa da, hələ də ölkələrinin istəklərinə sadiq olduqlarını göstərdilər."
SəhərAzəri ISNA-nın verdiyi məlumata istinadla xəbər verir, onlayn dəyirmi masada İran İslam Respublikasının Bosniya və Herseqovinadakı səfiri Rza Qeliç Xan və Bosniyalı veteran diplomat və jurnalist Xayruddin Samun və doktor Kazem Zovgqi Barani iştirak edib.
İran İslam Respublikasının Bosniya və Herseqovinadakı səfiri Rza Qeliç Xan, ABŞ Prezidenti Trampın əmri ilə yüksək rütbəli İran rəsmisi General Qassem Soleimaniyə qarşı həyata keçirilmiş cinayəti, dövlət terrorizmi adlandırıb.
O deyib: İŞİD-lə mübarizədə, Suriyada və İraqda onun qondarma hökumətinin məhv edilməsində çox nüfuzlu bir komandir olan Soleimaninin şəhid edilməsi, ABŞ-ın İranın bölgədəki nüfuzuna və terrorizmlə mübarizədəki əzmindən qəzəbli olduğuna bir dəlildir.
Qılıç Xan Əlavə edib: "İran İslam Respublikası qırx ildən çoxdur ki, hər cür siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və mədəni sui-qəsdlərə məruz qalır. Bu sui-qəsdlərin məqsədi müstəqil bir İrana qarşı mübarizə aparmaq, İranı məhdudlaşdırmaq və ölkəni devirməkdir. İran regional bir gücdür və təcrübə göstərdi ki, bölgədə heç bir dəyişiklik İranın iştirakı və razılığı olmadan asanlıqla edilə bilməz.”
İran İslam Respublikasının səfiri daha sonra deyib: "Sərt iqtisadi sanksiyaların məqsədi İran xalqına və hökumətinə qarşı maksimum təzyiq yaratmaqdır. Sərdar Soleimaninin dəfn mərasimində milyonlarla İranlının iştirakı, onların ən sərt xarici təzyiqlər altında belə ölkələrinin ideallarına sadiq qaldıqlarını göstərdi.”
Sərdar Soleimaninin şəhid edilməsini qınayan Bosniyalı diplomat və jurnalist Xayruddin Samoun deyib: "Bu terror aktının məqsədi İrana hücum etmək idi".
Sui-qəsd, İranı tələsik reaksiyaya vadar etmək və daha sonra ABŞ-ın İrana qarşı hərbi müdaxiləsinin və təcavüzünün bir müqəddiməsi idi. ABŞ və İsrail İrana hücum etməyə cəsarət etmirlər və ABŞ-ın Soleimaniyə sui-qəsd hədəflərinin uğursuzluğu, bir ildən sonra İrana qarşı müharibə apara bilməmələri ilə tam aysın göz önündədir.
Bosniyalı diplomat əlavə edib: "Netanyahunun xam arzusu İranın məğlubiyyətidir, ama baxın görün ki İran haradadır və İsrail harada? İranı ərəb ölkələri ilə müqayisə etsək görərik ki, İran, sionist İsrail və ABŞ rejimlərinə və təcavüzkar fəaliyyətlərinə qarşı ən vacib maneə və müqavimət mehvəridir. İran əhəmiyyətli bir qala və müqavimət bazasıdır.”
Dəyirmi masanın əvvəlində Kazem Barani bu dəyirmi masanın onlayn keçirilməsi barədə dedi: "Sərdar Soleimaninin şəhid olmasının ildönümündə bu dəyirmi masa Balkanlarda və digər ölkələrdə onlarla tanınmış siyasi xadim və medianın iştirakı ilə keçiriləcəkdir." Sərdar Soleimani müstəmləkəçilik və təkəbbürə qarşı şərəf və müstəqillik aşiqlərinin qəlbini fəth etdi.
" Müqavimət və Dövlət Terrorizmi" mövzusunda onlayn dəyirmi masa, İbn Sina Elmi və Tədqiqat İnstitutu tərəfindən İslam Respublikası Tele-Radio təşkilatının Sarayevodakı nümayəndəliyinin birgə iştirakı ilə təşkil edilib.