Yan 01, 2021 00:05 Asia/Baku
  • İran XİN:

İran Xarici İşlər Nazirliyi şəhid general Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində bir tvitdə yazıb: "Regionumuz həqiqi bir sülh döyüşçüsünü itirdi".

SəhərAzəri FARS-a istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində bir tvitdə, general Süleymaninin terror edilməsinin ABŞ-ın əsl mahiyyətini üzə çıxardığını bəyan edərək, yazıb: "Bölgəmiz əsl bir sülh mübarizini itirdi, Bonn Konfransına kömək etməkdən tutmuş bölgəni İŞİD-dən xilas etmək üçün yorulmaz mübarizəsinə qədər Sərdar Süleymani Qərbi Asiyada və ondan kənarda sabitliyin yaradılması üçün mübarizədə misilsiz bir rol oynadı".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı, İraqın Xalq Səfərbər Qüvvələrinin (Əl-Həşdüş-Şəbi) komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis və digər 8 nəfərlə birlikdə 2020-ci il yanvarın 3-də terrorçu və təcavüzkar ABŞ qüvvələrinin İraqın Bağdad aeroportu yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildilər.

Teqlər