Yan 04, 2021 12:17 Asia/Baku
  • Nəsrullah:

Livan Hizbullahının baş katibi müqavimət sərkərdələrinin şəhadətinin birinci ildönümündə münasibətilə etdiyi çıxışında deyib: "Bu gün bizim general-leytenant sərdar Süleymani və Əbu Mehdi Əl-Mühəndisin qarşısında borcumuz bir çox sahələrdə iştirak etməyimizdir".

SəhərAzəri xəbər verir, Seyid Həsən Nəsrullah əlavə edib: "Müqavimət şəhidlərinə sadiq qalmalı və onlar haqqında susmamalıyıq. Şəhid Hacı Qasim Süleymanini bir cümlə ilə vəsf etmək istəsək, “Şəhid Süleymani universal bir simvoldur".

O, qeyd edib ki, əgər şəhid komandanların şəhadəti olmasaydı, ABŞ-ı regiondan qovmaq şüarı region xalqının onun üçün hərəkət etdiyi bir şüar halına gəlməzdi. Müqavimət komandanlarının şəhadəti ABŞ qüvvələrinin İraqdan çıxarılmasına yol açdı.

Livan Hizbullahının baş katibi əlavə edib: "Bu şəhadət ABŞ hərbçilərinin ölkələrindən qovulması üçün İraq xalqının, ən böyük aksiyalarından birinə səbəb oldu".

Nəsrullah əlavə edib: "Şəhid Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terror edilməsinin qisasını almaq, hər bir azadə və şərəfli insanın borcudur".

Teqlər