Yan 05, 2021 14:02 Asia/Baku
  • Sepah-ın Qüds qüvvələrindən ABŞ-a xəbərdarlıq

Sepah-ın Qüds qüvvələrinin komandan əvəzi amerikalıların İraqdakı son fəaliyyətlərini odla oynamaq adlandırıb.

SəhərAzəri xəbər verir, xəbərdarlıqla bildiribdir ki, əgər Amerika regionun təhlükəsizlyinə xələl gətirərsə, mütləq peşman olacaqdır.

Briqada generalı pasdar Mohəmməd Hecazi bu gün Amerikanın bölgədəki son hərbi hərəkətlərinə işarə ilə qeyd edibdir ki, bu hərəkətlər regionu alovlandıra bilər.

Sepah-ın Qüds qüvvələrinin komandan əvəzi Livan Hizbullahı baş katibinin müqavimət mehvəri barədəki son sözləri haqda isə bildiribdir ki, Qüds qüvvələrinin mövqeyi, elə Seyyid Həsən Nəsrullahın mövqeyidir.

Livan Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah bazar günü gecə müqavimət sərkərdələrinin şəhadətlərinin ildönümü günündə etdiyi çıxışında amerikanlar, sionistlər və onların müttəfiqlərnə xitabən dedi: Siz müqavimət sərkərdələrini terror edərkən xalqların oyanışı daha geniş miqyas alır və haqqa sədaqət artır.

Teqlər