Yan 06, 2021 13:35 Asia/Baku
  • Ruhani:

İran prezidenti yaxın gələcəkdə ABŞ-da Co Bayden administrasiyasının fəaliyyətə başlayacağına toxunaraq, deyib: "Əgər Bayden öz öhdəliklərini yerinə yetirərsə, İranın cavabı aydındır".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında əlavə edib: "İran xalqı öz yolunu güclü şəkildə davam etdirir, eyni zamanda qarşı tərəf qanuna tabe olduğu təqdirdə, onu qarşılayır".

Ruhani sözlərinin davamında üç mühüm tarixi dönəmdə yəni İslam hərəkatı və İnqilab, qəbul etdirilmiş müharibə dövründə və düşmənlərin iqtisadi müharibəsi dövründə İran xalqının qələbəsini xatırladaraq, vurğulayıb: "Dünyada heç kəs sanksiya və iqtisadi müharibə ilə İran xalqını diz çökdürməyi düşünməməlidir".

İran İslam Respublikası prezidenti sözlərinin digər bir hissəsində, Ukraynaya məxsus sərnişin təyyarəsinin 2020-ci il yanvarın 8-də Tehranın yaxınlığında qəzaya uğramasına toxunaraq, bu hadisədə həlak olanların ailələrinə başsağlığı verib və hadisənin səbəbkarlarının  ədalətli mühakimə olunmasının vacibliyini vurğulayıb.

Ruhani əlavə edib: "İran hökuməti keçən həftədəki iclasında hadisə qurbanlarının ailəsinə təzminat ödəməyə qərar verib və bu istiqamətdə hər bir həlak olmuş şəxs üçün iranlı olub-olmamasından asılı olmayarq, 150 min dollar kompensasiya ödəniləcək".

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi Tehranın yaxınlığına qəzaya uğrayıb nəticədə göyərtəsində olan 167 sərnişin və 9 ekipaj üzvü həlak olublar.

Təyyarədəki sərnişinlərin əksəriyyəti İran vətəndaşı olub, uçuşdakı sərnişinlərin 32-si isə beş ölkə yəni Kanada, Əfqanıstan, Ukrayna, İngiltərə və İsveçrə pasportuna sahib olublar.

Teqlər