Yan 06, 2021 20:10 Asia/Baku
  • Terrorizmlə mübarizə ikili rəftarların kənara qoyulmasını tələb edir

İranın müdafiə naziri əcnəbi kəşfiyyat xidmətlərinin iranlı alimlərin terror edilmələrindəki birbaşa müdaxilələri keçmişinə işarə ilə vurğualyıb: Şübhəsiz, terrorizmlə beynəlxalq mübarizə ikili rəftarların kənara qoyulmasını tələb edir.

SəhərAzəri xəbər verir, briqada generalı Əmir Hatəmi dünyanın altmışdan yuxarı ölkəsinin müdafiə nazirlərinə müraciət göndərib. O, bu gün yayılan bu müraciətdə belə qeyd edib: İşğalçı sionist rejimin görkəmli iranlı alim Mohsen Fəxrizadənin terrorundakı rolu barədə ciddi faktlar mövcuddur. General Hatəmi müraciətdə sonra dünya ictimaiyyətinin bu insanlığa sığmayan, qanunsuz və cinayətkar hərəkətin pislənməsinə qatılmasını istəyibdir.

Şəhid Fəxrizadənin koronavirusla mübarizə təchizat və vəsaitlərinin istehsalı xüsusiyyət təşkil etməklə elmi-tədqiqat sahəsindəki təşəbbüs və nailiyyətlərinə işarə edən general Hatəmi söyləyib: İran İslam Respublikası ötən qırx il boyunca terror hərəkətləri nəticəsində ölkənin yüksək vəzifəli rəsmiləri və vətəndaşlarından on yeddi min nəfərəri itirmiş/ terrorizm və zorakılığın qurbanlarından biri kimi/ dünya ictimaiyyətinin bu insanlığa sığmayan, qanunsuz hərəkətin pislənməsinə qatılmasını istəyir.

İranın müdafiə naziri daha sonra vurğulayıb ki, bu hərəkətin qarşısında susmaq dünyada onun təkrarlanması və əmin-amansızlıq amili olacaq.

O, iranlı alimin terror edilməsinə əmr verənlərin və onu icra edənlərin cəzalandırılmalarına təkid edib. Qeyd edib ki, İran İslam Respublikası bu cinayətlərə cavab vermək üzrə haqqını qoruyub saxlayır.

Qeyd edək ki, İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəisi və İranın müdafiə və nüvə sənayesinin görkəmli alimi Mohsen Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran ətrafında həyata keçirilən bir terror hücumunda şəhid edildi.

Teqlər