Yan 11, 2021 10:18 Asia/Baku
  • Şərqi Azərbaycan ilə Naxçıvan arasinda iqtisadi əməkdaşlıq artır

Təbriz Ticarət Palatasının rəhbəri İranın Naxçıvandakı baş konsulu ilə görüşündə vilayətin iqtisadi fəallarının Naxçıvan Respublikası ilə iqtisadi əməkdaşlığı artırmağa hazır olduğunu açıqlayıb.

SəhərAzəri xəbər verir, Təbriz Ticarət Palatasının rəhbəri Yunes Caleh və İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Əhməd Hüseyni arasında keçirilən görüşdə bildirilib ki, İranın Şərqi Azərbaycan vilayəti Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələri genişləndirməyə hazırdır.

Tərəflər ticarət və iqtisadi əlaqələrin genişləndirməsi strategiyalarını müzakirə ediblər. Baş konsul qeyd edib ki, yüksək mədəni orta cəhətlər sayəsində Naxçıvanla İranın Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əməkdaşlıq genişləndirilə bilər. O, İran hökuməti ilə birlikdə özəl sektorun da bu əməkdaşlıqda rolunu vurğulayıb: "Tərəflər arasında ticarət və iqtisadi nümayəndə heyətlərinin mübadiləsini həyata keçirərək yaxın gələcəkdə Şərqi Azərbaycanla Naxçıvan arasında iqtisadi və ticarət əməkdaşlığının artacağına ümid edə bilərik".

Öz növbəsində, Yunes Caleh vurğulayıb ki, Naxçıvana potensial investisiya imkanları müəyyənləşdirilməlidir və Şərqi Azərbaycan vilayətindən Muxtar Respublikaya ixrac artırılmalıdır. Bundan əlavə, Təbriz Ticarət Palatasının rəhbəri İran ticarətçilərinin Naxçıvanla iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş olduğunu diqqətə çatdırıb.

Teqlər