Yan 12, 2021 18:59 Asia/Baku
  • Düşmənin səhvi İranın dağıdıcı cavabı ilə üzləşəcək

İranın müdafiə naziri ölkəmizin düşmənlərinə xitabən bildirib ki, əgər səhv edərlərsə, İran silahlı qüvvələrinin dağıdıcı cavabı ilə üzləşəcəklər.

SəhərAzəri xəbər verir, Briqada generalı Əmir Hatəmi bu gün Tehranda İranın görkəmli nüvə və müdafiə alimi Mohsen Fəxrizadənin şəhadətinin qırxıncı günü münasibətilə keçirilən mərasimdə deyib: "İranın silahlı qüvvələri bir-birinə bağlı bir məsələ olan regionun və ölkənin təhlükəsizliyinin müdafiəsi üçün hazırdırlar və hər bir təhdid qarşısında qətiyyətlə dayanacaqlar".

İranın müdafiə naziri həmçinin bildirib ki, düşmən şəhid Fəxrizadənin elmi məsələlərində fasilə yarada bilmədi.

O, qeyd edib ki, bu şəhidin yerinə təyin edilmiş digər bacarıqlı şəxs onun işini var gücü ilə davam etdirəcək.

General Hatəminin sözlərinə görə, İran dövləti müdafiə nazirliyinin tədqiqat və innovasiya təşkilatının büdcəsini 250 faiz artırıb və İslami Şura Məclisi də bu məcmuəni gücləndirmək üçün ciddi tədbirlər görməkdədir.

Teqlər