Yan 14, 2021 19:46 Asia/Baku
  • Seyid Abbas Musəvi Azərbaycanın müdafiə naziri ilə görüşüb

İranın Bakıdakı səfiri və Azərbaycan Respublikasının müdafiə naziri ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

SəhərAzəri xəbər verir, İranın Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi bu gün Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.

İran səfiri Dağlıq Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə Azərbaycan Respublikasını təbrik edərək, bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıqların genişlənməsi region təhlükəsizliyinin təminində mühüm amildir.

Azərbaycan Respublikasının müdafiə naziri də Tehranın bu ölkənin son Dağlıq Qarabağ müharibəsindəki mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib,/ iki ölkə arasındakı hərbi münasibət və əməkdaşlıqların inkişaf etdirilməsini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə İran arasındakı hərbi əməkdaşlıqların hazırkı vəziyyəti, həmçinin hərbi-texniki, hərbi təhsil, hərbi-tibbi sahələrdə əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər nəzərdən keçirilib.

Teqlər