Yan 15, 2021 14:47 Asia/Baku
  • Sepah-ın «Böyük Peyğəmbər-15» hərbi təlimlərinin ilk etapı keçirilib

«Böyük Peyğəmbər-15» hərbi təlimlərinin ilk etapı İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmos qüvvələrinin kombinə edilmiş raket və PUA əməliyyatının icra olunması ilə İranın Mərkəzi Səhrasının ümumi məntəqəsində keçirilib.

SəhərAzəri xəbər verir, bu gün müqəddəs «Ya, Fatimeyi-Zəhra(s.ə.) rəmzi ilə başlanan Sepah-ın «Böyük Peyğəmbər-15» hərbi təlimlərinin ilk etapında iri sayda «yer-yer» tipli ballistik raket atılıb,/ qırıcı-bombardmançı PUA-lar tərəfindən əməliyyat həyata keçrilib.

Hərbi təlimlərin bu mərhələsində «yer-yer» tipli yeni nəsil ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməklə xəyali düşmənin bazasına qarşı kombinə edilmiş hücumlar həyata keçirilib və təyin edilmiş bütün hədəflər məhv edilibdir.

Bu etapda İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmos qüvvələrinin qırıcı-bombardmançı pilotsuz uçuş aparatlarının bütün istiqamətlərdən xəyali düşmənin raket qalxanına hücumu və hədəflərin tam şəkildə məhv edilməsindən sonra Zolfəqar, Zəlzal və Dezful tiplərindən olan iri həcmdə yeni nəsil ballistik raket də təyin edilmiş hədəflərə atılıb və düşmənin hipotetik bazasına ağır zərbələr endirilibdir.

Image Caption

 

Teqlər