Yan 19, 2021 07:37 Asia/Baku
  • Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşdirilməsinə dair saziş imzalanıb

Ölkəmizin yollar və şəhərsalma naziri və Azərbaycan Respublikasının Baş Nazirinin müavini arasinda Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşdirilməsinə dair saziş imzalanıb.

SəhərAzəri Yollar və Şəhərsalma Nazirliyinin xəbər saytına istinadən xəbər verir, dünən, 18 yanvar tarixində, Yollar və Şəhərsalma Nazirimiz Məhəmməd İslami, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafaev ilə Yollar və şəhərsalma Nazirliyinin Dadman binasında görüşüb.
Ölkəmizin yollar və şəhərsalma naziri bu görüşdən sonra jurnalistlərlə söhbətində, bu görüşün və razılaşmanın təfərrüatları ilə əlaqədar olaraq, iki xalqın və iki ölkənin iradəsi ilə İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin genişlənməsinin daima konstruktiv şəkildə genişləndiyini və irəlilədiyini qeyd edərək, deyib: "Azərbaycandan keçmək bizim üçün Şimal-Cənub dəhlizinin aktiv edilməsi üçün bir imkan idi və həmişə bu dəhlizdə magistral yolun fəal olmasını təkid etmişik. O əlavə edib ki, Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsini müzakirə etdik, çünki köhnə terminalın mübadilə üçün potensiyalı yoxdur; Bu səbəbdən sərhəddə yeni bir avtomobil körpüsünün tikilməsi haqqında razılıq əldə etdik. Bu körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. Gələn ay Astarada bu haqda saziş imzalanacaq və yeni terminalın və körpünün tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək".

M.İslami bildirib ki, müzakirə edilən digər önəmli məsələ İran şirkətlərinin yenidənqurma işlərində (Azərbaycanın işğaldan azad olunmuş ərazilərində) iştirakı, İran yük maşınlarının Azərbaycana apardıqları yükləri sərhəddə deyil, Azərbaycanda müvafiq məntəqəyə çatdırılması ilə bağlı müzakirə aparılıb: "Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar".

Teqlər