Çabəharda Oman dənizi üzrə ən modern radiostansiya tikilir
İranın Sistan və Bəluçestan vilayətinin limanlar və dənizçilik təşkilatının dəniz məsələləri üzrə sədr müavini Çabəhar limanında dünya standartlarına uyğun surətdə və ən yeni texnologiyalardan istifadə ilə radio stansiyasının inşası üzrə proqramlaşdırmadan xəbər verib.
SəhərAzəri xəbər verir ki, Hoseyn Ebrahimi Məkran sahillərinə olan inkişaf baxışına işarə ilə deyib: Bu layihənin tam icrası ilə Çabəhar limanı Oman dənizində ən peşəkar radiostansiya quruluşuna malik olacaq.
Ebrahimi sonra deyib: Bu model ölkə və dünya zərurətlərinə uyğundur və onun dizaynında ən yeni dəniz rabitəsi texnologiyalarından istifadə olunub.
İranın Sistan və Bəluçestan vilayətinin limanlar və dənizçilik təşkilatının dəniz məsələləri üzrə sədr müavini söyləyib: Radio yayım layihəsinin icrası ilə fövqəladə və təhlükəsizlik mesajlarının bərqərarının asanlaşdırılması zəmini yaranıb və dəniz xilasetmə əməliyyatlarının reaksiyası zamanı azalacaqdır.
Sistan və Bəluçestan vilayətində yerləşən Çabəhar limanı İranın Hind okeanı və Məkran dəniz sahilindəki yeganə okean limanıdır.