Yan 24, 2021 19:11 Asia/Baku
  • İsrail rejiminin hava müdafiəsi İran PUA-ları ilə qarşılaşmaq gücündə deyil

İsrail rejiminin hava müdafiəsi İran PUA-ları ilə qarşılaşmaq gücündə deyil

SəhərAzəri  Dəyərlər.org-yə istinadən xəbər verir ki,  Bu gün (23 yanvar) hərbi məsələlərdə ixtisaslaşmış “İsraeldefence” saytı, İranın pilotsuz təyyarələrinin qabiliyyəti və sionist İsrail rejiminin bu dronlara qarşı hava müdafiə sistemlərinin acizliyi və zəifliyi haqqında məlumat paylaşıb.

 İsraeldefence saytının məlumatına görə, iranlılar hərbi təyyarələrdən və yerüstü sistemlərdən ibarət olan İsrail rejiminin hava hücumundan müdafiəsini ortadan qaldırmaq üçün hücum qabiliyyəti yaradıblar.

Veb-sayt daha sonra sionist rejimin hava hücumundan müdafiə sisteminin üç sistemdən ibarət olduğunu izah edərək, belə qeyd edib: “Birincisi “Heath”, ikincisi “David sling” və üçüncüsü də “Dəmir Qübbə”dir. Bu müdafiə sistemləri raketlərə qarşı çıxmaq gücündə olsa da, pilotsuz təyyarələrlə işdə təsirli deyillər”.

Xəbərdə, həmçinin işğal altındakı ərazilərdə PUA-lara qarşı hava hücumundan müdafiə sistemlərinin pilotsuz təyyarələrlə mübarizə üçün mükəmməl bir həll olmadığı qeyd olunur.

Sionist İsrail rejimin saytı İranın İsrail rejiminə hücumunun ilk dalğasının pilotsuz təyyarələrlə həyata keçiriləcəyini proqnozlaşdıraraq, pilotsuz təyyarələrin ilk növbədə raket əleyhinə müdafiə sistemini hədəfə ala və raket zərbələri üçün yol aça biləcəyini bildirib: “İran pilotsuz təyyarələrini dənizdən, Yəmən, Suriya və Livandan vurarsa, İsrail rejiminin hava hücumundan müdafiəsi çətin olacaq.

 

İranın əksər pilotsuz təyyarə bazasının yer altında olması sionist rejimin bu əməliyyatları əngəlləmək qabiliyyətini azaldır”.

 

Hesabatda İran İslam Respublikası Silahlı Qüvvələrinin bu yaxınlarda həyata keçirdiyi PUA təlimlərinə də toxunulub və İranın son on ildə PUA istehsalında böyük sıçrayış etdiyi qəbul edilib: “İranlılar Amerika və İsrail rejiminin pilotsuz təyyarələrini vurduqdan sonra yeni pilotsuz təyyarələr istehsal etmək üçün tərs mühəndisliyi bacardılar.

 

İranın PUA sənayesindəki irəliləməsi, İranın akademiya, dəqiq elmlər və mühəndislik sahəsindəki investisiyaları ilə əlaqədardır”.

Teqlər