Zərif Gürcüstanın baş naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i372603-zərif_gürcüstanın_baş_naziri_ilə_görüşüb
İranın xarici işlər naziri Gürcüstanın baş naziri ilə görüşüb və müxtəlif regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2021 12:23 Asia/Baku
  • Zərif Gürcüstanın baş naziri ilə görüşüb

İranın xarici işlər naziri Gürcüstanın baş naziri ilə görüşüb və müxtəlif regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bu gün Gürcüstan Respublikasına səfəri zamanı əvvəlcə Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanlarının xatirə abidəsi önünə gül çələngi qoyub.

O, sonra Gürcüstanın prezidenti Salome Zubaşvili ilə görüşüb və  ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.

İranın xarici işlər naziri gürcüstanlı həmkarı David Zalkaliani ilə telefon danışığından sonra Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşüb. 

Zərif Gürcüstan rəsmiləri ilə apardığı məsləhətləşmələr barədə deyib: "İran və Gürcüstan arasında uzun müddətli əlaqələr mövcuddur və müzakirələr zamanı ikitərəfli münasibətlər kontekstində ölkələr arasında ticari-iqtisadi əlaqələrin, tranzit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi və bu baxımdan mövcud potensialdan istifadəyə diqqət yetirilib".