Yan 28, 2021 16:37 Asia/Baku
  • İran uranı zənginləşdirmə sürətini artırır

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi deyib: "3 aydan az müddətdə uranı daha sürətli zənginləşdirilməyə imkan verən 1000 ədəd müasir IR-2m sentrifuqaları quraşdıracağıq, hansı kiİ onları özümüz istehsal etmişik".

SəhərAzəri xəbər verir, Kəmalvəndi parlamentin sədri Məhəmməd Baqir Qalibafın Fordodakı uran zənginləşdirmə müəssisəsinə baş çəkməsindən sonra jurnalistlərə açıqlama verərkən, nüvə fəaliyyətlərində əvvəlki illərlə müqayisədə "müqayisəolunmaz irəliləyiş" əldə etdiklərini və Zənginləşdirmənin sıfırdan yüzə qədər yerliləşdirildiyini söyləyib.

Kamalvandi əlavə edib: "Hazırda bizim məsələmiz yalnız zənginləşdirmə deyil, radioaktiv dərmanlar, sarı tort istehsalı və oksigen 18 sahəsində bir çox uğurlarımız var və hər sahədə vəziyyətimiz yaxşıdır."

Parlamentdə qəbul edilən nüvə qanunu çərçivəsində sanksiyaların 21 fevral tarixinədək götürülməməsi halında İranın Əlavə Protokoldan çıxma qərarının qəti olub-olmadığı sualının cavabında isə Kəmalvəndi deyib: "Qanunu tam şəkildə tətbiq edirik. Parlament və hökumət bu barədə qərar qəbul edib. Bu cəhətdən hazırlıqlarımız var və bu qanunu tətbiq edəcəyik".

Kamalvəndi nüvə anlaşmasında İranın uranı 3,67 faizə qədər zənginləşdirməsinə icazə verilməsinə baxmayaraq, bu günə qədər 20 faiz zənginləşdirilmiş 17 kiloqram uran istehsal edildiyini də bildirib. 

Teqlər