İran və Gürcüstan Qara Dənizlə Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb
https://azeri.sahartv.ir/news/İran-i372626-İran_və_gürcüstan_qara_dənizlə_fars_körfəzini_əlaqələndirən_tranzit_dəhlizinə_dair_müzakirələr_aparıb
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə Qara dənizlə İranın Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 29, 2021 08:10 Asia/Baku
  • İran və Gürcüstan Qara Dənizlə Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə Qara dənizlə İranın Fars Körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb.

SəhərAzəri xəbər verir, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  özünün “Twitter”hesabındakı paylaşımında bildirib.

“Çoxillik ikitərəfli bağların və regional əməkdaşlığın genişləndirilməsinə dair, xüsusilə də Qara dənizi İranın Fars Körfəzi ilə əlaqələndirən tranzit dəhlizinə dair əla müzakirələr aparıldı”, - deyə iranlı nazir qeyd edib.