Pentaqon sözçüsü ilk çıxışında anti-İran mövqe tutub
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi özünün ilk mətbuat konfransına İran əleyhinə ittihamlarla başlayıb.
SəhərAzəri xəbər verir, Con Kerbi Amerikanın sabiq prezidenti Donald Trampın hökuməti tərəfindən İran əleyhinə irəli sürülən ittihamları təkrar edib.
Tehranın ballistik raketlər proqramına və İranda sentrifuqaların işə salınmasına işarə edən Kerbi belə iddia edib: Amerika müdafiə nazirinin nöqteyi-nəzərincə, bizim hələ Yaxın Şərq və Fars Körfəzi bölgəsində təhlükəsizlik maraqlarımız var; bu bölgədəki şəriklərimiz və dostlarımız qarşısında öhdəlik götürmüşük və hələ İranın bütün regionda rəvac verdiyi terrorizmin aradan qaldırılması sahəsində mənafeyimiz var.
Kerbi sonra deyib: Beləliklə, zorakı fəaliyyətlərdə hələ İranın əli var və biz bu kimi fəaliyyətləri aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
Amerikalı rəsmilərin İrana qarşı cəfəngiyyatları elə bir haldadır ki, tanınmış amerikalı nəzəriyyəçi Nuam Çamski şənbə günü «Russia Today» telekanalı ilə müsahibədə Amerikanı dünyada terrorizmin başçısı adlandırdı.
İran İslam Respublikası regionda amerikan-sionist-səud mehvərinin hərəkətləri və fitnələri ilə mübarizədə əsas rol oynayır.
İran Ərəbistan və onun müttəfiqləri tərəfindən İraq və Suriyada himayə olunan terror qrupları ilə mübarizə üçün bu ölkələrin rəsmi xahişləri ilə onlara hərbi məsləhət yardımı göstərir ki, bu hərəkət heç bir vəchlə amerikalı rəsmilərin xoşuna gəlmir.