Fev 05, 2021 17:46 Asia/Baku
  • İran Astarasından 450 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib

İran Astarasının gömrük idarəsinin baş direktoru bildirib ki, ötən on ayda bu gömrükdən təqribən 456 milyon 331 min dollar dəyərində olan 753 min tondan çox qeyri-neft məhsulu ixrac edilib.

SəhərAzəri xəbər verir, Kərim Rəsuli sonra deyib: Bu gömrükdən ixrac edilən əmtəə mallarının əksər hissəsi kənd təsərrüfatı məhsulları, kimyəvi, dağ-mədən, metal, qida maddələri, plastik kütlələr, sement, gips, yuyucu maddələr, parça, əli işləri sənayesi məhsulları, xalça, moket, geyim, çanta və ayaqqabıya şamil olub və iqtisadi dəyər baxımından ötən il ilə müqayisədə 46 faiz artıbdır.

Rəsuli həmçinin bildiribdir ki, Astara gömrüyündən idxalat miqdarı iqtisadi dəyər baxımından otuz faiz azalıbdır.

O, sonra söyləyib: Ötən on ayda Astara gömrüyündən bitki növləri, taxıl, taxta və ağaca şamil və 138 milyon dollar dəyərində olan təqribən 215 min ton əmtəə malı idxal edilib.

İranın Gilan vilayətinin şimal-qərbində və Azərbaycan Respublikası ilə sərhəd zolağında yerləşən Astara rayonu quru, dəniz və dəmiryolu sərhədlərinə malikdir.

Teqlər