İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Az R. Milli Kitabxanada olub
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Az. R. Milli Kitabxanada olub.
SəhərAzəri 525-ci qəzetə istinadəan xəbər verir ki, Q.Əli Purmərcan Az. R. Milli Kitabxanada olmasından şad olduğunu ifadə edərək, iki qardaş xalqın Milli Kitabxanaları arasındakı mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. O Bildirib ki, iki ölkə arasında olan əməkdaşlığı inkişaf etdirmək, birgə yeni layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir. Q. Əli Purmərcan bu ilin “Nizami Gəncəvi ili” olmasını qiymətləndirərək Nizami haqqında yeni kitabların nəşr edilməsini, eləcə də iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulamışdır. O, bildirib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri tərcümə olunaraq nəşr edilib.Həmçinin, “Yeddi gözəl” əsərinin də tərcümə olunduğunu və bu yaxınlarda nəşr ediləcəyini bildirib. Sonra, cənab Q.Əli. Purmərcan onlayn kitab layihəsinin əhəmiyyətindən bəhs edərək ölkələr arası beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, eləcə də kitabların elektronlaşdırılmasından danışıb.
Görüş zamanı kitabxananın direktoru prof. Kərim Tahirov, onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışaraq son illərdə bu əlaqələrin zəiflədiyini bildirmiş və Azərbaycan və İran Milli Kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.
K.Tahirov həmçinin, Azərbaycan və İran Milli Kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu Q.Əli. Purmərcan diqqətinə çatdırıb.