Fev 11, 2021 10:19 Asia/Baku
  • İran-İraq əlaqələrinin genişləndirilməsinə təkid

İranın məhkəmə hakimiyyətinin sədri və İraq prezidenti ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid ediblər.

SəhərAzəri xəbər verir, Höccətulislam-vəlmuslimin Seyyed Ebrahim Rəisi Bərhəm Salih ilə görüşdə deyib ki, İran və İraq xalqlarının peyvəndi iki ölkənin sivilizasiyası, etiqad və inamlarında kök salıb və düşmənlərin istəklərinin əksinə olaraq, iki ölkənin xalqları və dövlətləri arasındakı münasibətlər genişlənməkdədir.

İranın məhkəmə hakimiyyətinin sədri deyib: İŞİD terrorçuları ilə mübarizə sahəsində həmkarlıq İran və İraq xalqları arasındakı əməkdaşlıq və həmrəyliyin real simvolu olubdur.

Rəisi həmçinin şəhidlər Soleymani və Əlmuhəndisin terroru işininin hüquqi cəhətdən izlənilməsinin sürətləndirilməsi vacibliyini vurğulayıb və belə söyləyib: Bu iki şəhid terrorizmlə mübarizənin qəhrəmanı olub və Amerika İraqın suverenliyini pozaraq, onları şəhid edibdir.

İraq prezidenti Bərhəm Salih də bu görüşdə İran və İraqın köklü və tarixi əlaqələrinə işarə edib. Deyib ki, müstəqil və suveren İraq İran üçün müttəfiq və istinadgah ola bilər.

İraq prezidenti həmçinin ölkəsinin İranla məhkəmə münasibətlərinin möhkəmləndirilməsinə təkid edib. Bildirib ki, İraqın məhkəmə aparatı iki ölkənin hüquqi məsələlərinin yaxşı şəraitdə irəliləməsi üçün İranla əməkdaşlıq edir.

Məhbusların azad edilmələri, vizanın götürülməsi, ziyarətin asanlaşdırılması, cinayətkarlaın ekstradisiyası və İran və İraqın məhkəmə aparatları arasında ticarət məhkəmələrinin təşkili İranın məhkəmə hakimiyyətinin sədri ilə İraq prezidenti arasında keçirilən görüşdə qaldırılan məsələlərdən olubdur.

Höccətulislam-vəlmuslimin Rəisi həmçinin İraqın ali məhkəmə şurasının sədri, baş naziri və parlament sədri ilə görüşübdür.

Teqlər