İran və Rusiya dəmiryolu başçıları məşvərət ediblər
İranın dəmiryolu şirkətinin icraçı direktorunun Rusiyanın dəmiryolu idarəsinin direktoru ilə görüşündə ikitərəfli həmkarlıqların genişləndirilməsi yolları, xüsusən beynəlxalq Şimal-Cənub dəmiryolu marşrutunun icra olunması məsələsi araşdırılıb.
SəhərAzəri xəbər verir, İclasda İran İslam Respublikası dəmiryolu şirkətinin icraçı direktoru Səid Rəsuli və Rusiyanın dəmiryolu idarəsinin direktoru Oleq Belazarov əmtəə mallarının daşınmasının sürətləndirilməsi və artırılmasında Şimal-Cənub koridorunun roluna işarə ilə bu əsas və həyati yolun fəallaşdırılması tərzi və maneələrin aradan qaldırılması yollarını nəzərdən keçiriblər.
Tehran və Moskva rəsmiləri İran, Rusiya və Azərbaycan Respublikası üçün böyük iqtisadi önəmə malik olan bu mühüm beynəlxalq marşrutun qarşısında duran maneələrin aradan qaldırılmasının sürətləndirilməsini vurğulayıblar.
İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali söyləyib: Qərara alındı ki, uzunluğu təqribən 170 kilometr olan Rəşt-Astara dəmiryolu xəttindəki dəmiryolu boşluğunun aradan qaldırılacağı zamanadək əmtəə mal daşınması üçün kombinə edilmiş şose və dəmir yollarından istifadə həyata keçirilsin.