Fev 12, 2021 15:40 Asia/Baku
  • «Böyük Peyğəmbər 16» adlı ilk gecə hərbi təlimləri

«Böyük Peyğəmbər 16» hərbi təlimlərinin yekun etapı Sepah-ın quru qoşunlarının müxtəlif bölmələrinin geniş gecə döyüşünün uğurlu icrası ilə başa çatıb.

SəhərAzəri xəbər verir, «Böyük Peyğəmbər 16» hərbi təlimlərinin ikinci etapı, ölkənin cənub-qərb bölgəsi.

Sepah qüvvələrinin ilk gecə hücum-hərbi təlimləri PUA, hava-desant qüvvələrinin raket bölmələri, artilleriya, xüsusi hücum qüvvələri, mexanikləşdirilmiş zirehli bölmələr tərkibi ilə Sepah-ın quru qoşunlarının hücum-müdafiə gücündən bir hissəni sərgiləyib.

Sepah-ın quru qoşunlarının yerli gəncləri tərəfindən düzəldilmiş modern hücum imkanları və təchizatlarından istifadə bu hərbi təlimlərin mühüm hədəflərindəndir.

Mütləq qaranlıqda raketvuran vertolyotlar və kəşfiyyat PUA-larından istifadə ilə quru qoşunlarının xüsusi bölmələrinin özünəməxsus əməliyyatının icrası «Böyük Peyğəmbər 16» hərbi təlimlərinin nailiyyətlərindən biri olubdur.

Səmada hərəkətdə olan hədəflərin aşkar edilməsi, artilleriya və zirehli əməliyyatının kombinə edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərini bu hərbi təlimilərin qüvvət nöqtələrindən hesab etmək olar.

Sepah-ın quru qoşunlarının kombinə edilmiş əməliyyatı, indi atəş və hərəkəti, gecə vaxtı düşmən hədəflərindən geniş nöqtələrə çatdırır.

İalam İnqilabı Küşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-mayor pasdar Hüseyn Səlami  deyib:

"Düşmənlərimiz iranlıların əllərinin məhsulu olan bu hərəkət və atəş gücündən tam şəkildə ibrət almalıdırlar ki, bu diyar, müqavimət diyarıdır, şərəf diyarıdır, mərdlik və comərdlik diyarıdır. Heyrət diyarıdır".

Hücum və müdafiə formasında hava və quru üzrə modern əməliyyat potensialının araşdırılması və qabiliyyətlərin öyrənilməsi bu ikigünlük təlimlərin əsas hədəflərindən olubdur.

Teqlər