Fev 14, 2021 17:39 Asia/Baku
  • Çəkindiricilik yaratmaq üçün gücümüzün bir hissəsini göstərəcəyik

Sepah-ın baş komandanı deyib: Düşmən üçün qaranlıq hal yaratmaq, bizim gücümüzün bir hissəsidir və bəzən çəkindiricilik yaratmaq və düşmənin hesablamalarını dəqiqləşdirmək üçün hərbi təlimlər və ya müsahibələrdə gücümüzün bir hissəsini göstəririk.

SəhərAzəri xəbər verir ki, General-mayor pasdar Hoseyn Səlami Sepah-ın təhlükəsizliyin mühafizəsi təşkilatı və vilayətlər üzrə qüvvələrin komandanları ilə video-konfrans formatında yaradılmış əlaqədə İslam İnqilabının əsas vəzifəsini məzlumların qorunması, onların zalımlar üzərində qələbəsi və yer üzündə ilahi hakimiyyətin yaradılması adlandırıb.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, Sepah müqəddəs İran İslam Respublikası quruluşunun və inqilabın böyük qələbə və nailiyyətlərinin yaradılmasında böyük və yüksək rol oynayıb. O, deyib: Sepah-ın bu çətin dolanbaclarda böyük düşmənlərə qalib gələ blməsinə kömək edən məsələ, iman və İslamın ilahi ruhunun İslam İnqilabı keşikçilərinin ürəklərinə vurulmasıdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vurğulayıb ki, Sepah üçün heç bir səhnənin dalanı yoxdur. O, deyib: Sepah-ın hünəri, zalım qüdrətləri məğlub etməkdir.

Teqlər