Fev 18, 2021 14:53 Asia/Baku
  • Amerika hökumətinin qayda-qanunlara təslim olmaqdan başqa çarəsi yoxdur

İran prezidenti bildirib ki, bu gün Amerikanın xalqı və bu ölkənin yeni hökuməti başa düşüblər ki, İran barədə yanılıblar.

SəhərAzəri xəbər verir, Həsən Ruhani deyib: Qanun qarşısında təslim olmaq eyib deyil. Amerika hökumətinin qayda-qanunlar qarşısında təslim olmaqdan başqa çarəsi yoxdur.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün ölkənin Hormozqan, Kerman və Mazandaran vilayətlərində sənaye və mədən üzrə milli layihələrin açılışı mərasimində deyib ki, beynəlxalq qayda və öhdəliklərə hörmət və onların yerinə yetirilməsi bütün dövlətlərin insani və siyasi borclarındandır.

O, söyləyib: Ümid edirik ki, amerikalılar qanuna qayıdacaq və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin maddələrinə və öz öhdəliklərinə sadiq qalacaqlar.

İranın sənaye, mədən və ticarət nazirliyinin Hormozqan, Kerman və Mazandaran vilayətlərindəki dörd milli layihəsi İran prezidentinin video-konfrans formasındakı göstərişi ilə istifadəyə verilib.

Teqlər