İranda zəlzələdə xəsarət alanların sayı 60 nəfəri ötüb
https://azeri.sahartv.ir/news/İran-i373432-İranda_zəlzələdə_xəsarət_alanların_sayı_60_nəfəri_ötüb
Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 61 nəfərə çatıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2021 19:12 Asia/Baku
  • İranda zəlzələdə xəsarət alanların sayı 60 nəfəri ötüb

Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 61 nəfərə çatıb

SəhərAzəri xəbər verir ki, bunu Kohgiluyə və Boyer-Əhməd vilayətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Əmanullah Cəhanbaniyan deyib. 

Onun sözlərinə görə, xəsarət alanlardan 34 nəfər ambulator müalicə olunub, 27-si Yasuc xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, ötən gecə saat 22: 05-də Kohgiluyeh və Boyer-Əhmədin Sisəxt şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Kohgiluyə və Boyer-Əhməd vilayətlərinin yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib. 

Hazırda zəlzələdən ziyan görən ailələrin isti yeməklə təmin olunması və onların çadırlarda yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.