İran və Rusiya birgə peyvənd istehsal edəcəklər
https://azeri.sahartv.ir/news/İran-i373518-İran_və_rusiya_birgə_peyvənd_istehsal_edəcəklər
Novruz bayramından sonra İranda Rusiyanın “Sputnik V” peyvəndinin kütləvi istehsalına başlanılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2021 19:01 Asia/Baku
  • İran və Rusiya birgə peyvənd istehsal edəcəklər

Novruz bayramından sonra İranda Rusiyanın “Sputnik V” peyvəndinin kütləvi istehsalına başlanılacaq.

SəhərAzəri xəbər verir, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin əczaçılıq və dərman preparatlarına nəzarət şöbəsinin müdiri Kiyanuş Cahanpur verib.

O bildirib ki, Rusiya istehsalı olan peyvənd çox effektlidir və 65 yaşadan yuxarı vətəndaşlara vurulduqda heç bir problem meydana çıxmır. Bu peyvənd özünü praktikada doğrultduğu üçün İran ilə Rusiya “Sputnik V” peyvəndini birgə istehsal etmək qərarına gəliblər.

K.Cahanpur bildirib ki, İran Rusiyadan peyvənd almaq üçün 2,5 milyon doza sifariş verib. Bu doza qurtarana kimi İranda “Sputnik”in istehsalına başlanılacaq və əhalinin peyvənd ilə təminatında heç bir problem yaşanmayacaq.