İran və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub
İran İslam Respublikası prezidenti Türkiyə prezidenti ilə telefon danışığı zamanı ABŞ-ın birtərəfli hərəkətləri ilə mübarizənin yeganə yolunun ölkələrin birliyi və həmrəyliyi olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Həsən Ruhani Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı, həmçinin regionun iki mühüm və nüfuzlu ölkəsi olaraq, İran-Türkiyə əlaqələrinin davamını yaxşı və inkişaf etməkdə dəyərləndirib və birgə təhdidlərlə mübarizə aparmaq və region problemlərini birgə həll etmək üçün Tehran-Ankara münasibətləri və əməkdaşlıqlarının gücləndirilməsi vacibliyini vurğulayıb.
İran prezidenti ABŞ-ın keçmiş administrasiyasının qanunsuz davranışlarına toxunaraq, deyib: "ABŞ sanksiyalarının ləğvi İranın qanuni və məntiqli tələbidir və sanksiyaların ləğvi ilə öhdəliklərimizə geri dönəcəyik".
Ruhani regionda "altılıq" formatında əməkdaşlıq təşəbbüsünü alqışlayaraq, deyib: "Bu planın tərəflər üçün əhəmiyyətli faydaları ola bilrə və İran region ölkələri ilə ixtisaslaşmış sahələrdə əməkdaşlıq etməyə hazırdır".
Ərdoğan, xüsusilə bölgədə sülhün və təhlükəsizliyin gücləndirilməsi üçün güzəştli ticarət imkanları və təsirli əməkdaşlıq və dialoqlardan istifadə ilə İran-Türkiyə ticarət münasibətlərinin genişləndirilməsi vacibliyini vurğulayıb.