Fev 22, 2021 19:00 Asia/Baku
  • Zəngənə:

İranın neft naziri son yeddi ildə neft məhsullarının ixracının 4 dəfə artdığını bildirib.

SəhərAzəri xəbər verir, Bijən Zəngənə neft məhsullarının ötürülməsi üçün inşa edilən 1000 kilometirlik boru kəmərinin istifadəyə verilməsi mərasimində deyib: "Bu boru kəməri tamamilə İran konstruksiyasıdır və fəxrlə demək olar ki, Gore-Cask boru kəməri ən iranlı layihədir və onun bütün təchizatları yerli istehsaldır".

Zəngənə əlavə edib: "Səyimiz Gore-Cask layihəsinin yaxın bir ayadək qaynaq və boru çəkilişi işlərini tamamlamaqdır".

İranın neft naziri deyib:"Ölkədəki neft və neft məhsullarının boru kəmərləri şəbəkəsi 13 min kilometr uzunluğu ilə ölkə daxilində tələb olunan neft məhsullarının tədarükündə xüsusi əhəmiyyətə malikdir".

Zəngənə əlavə edib: "Boru kəmərləri mayelərin ötürülməsi üçün ən ucuz yoludur və onların inşası üçün ölkənin texnologiyası xeyli inkişaf edibdir".

O, əlavə edib: "Bu boru kəmərinin inşası ilə neft və neft məhsulları daşıyan minlərlə tanker ləğv ediləcək və qaçaqmalçılığın qarşısı alınacaq".

Gore-Cask boru kəməri İranın şimal bölgəsinə neft məhsulları tədarük etmək məqsədilə Tehrandan Təbriz, Mazandaran, Gilan və üç Xorasan vilayətinə çəkilibdir.

Teqlər