Fev 25, 2021 16:20 Asia/Baku
  • Ruhani:

İran prezidenti "Qədir" magistral yolunun inşasını düşməninin maksimum təzyiq siyasətinin məğlubiyyətinin göstəricisi kimi dəyərləndirib.

SaharAzeri xəbər verir, Həsən Ruhani "Qədir" magistral yolunun istifadəyə verilməsi mərasimində deyib: "İqtisadi müharibə, sanksiya və maksimum təzyiqlərə rəğmən bu layihənin həyata keçirilməsi, düşmənin öz təbirincə bu təzyiqlərinin uğursuz olduğunu göstərir".

İran prezidenti, həmçinin deyib ki, son üç ildə İran xalqı mərdcəsinə və Həzrət Əli (ə) kimi dayandı və bütün çətinliklərə dözdü.

Ruhani, "Qədir" magistral yolunun inşasını çox mühüm hadisə kimi dəyərləndirib və əlavə edib: "Bu magistral yolu şərq-qərb və qərb-cənub tranzit yollarını təmin edir və əslində İpək Yolunun bir hissəsidir".

Qeyd edək ki, Mövləl-Müvəhhidin, Həzrət Əlinin (ə) viladətinin ildönümü ilə eyni zamanda İran prezidentinin iştirakı ilə "Qədir" magistral yolu milli layihəsi istifadəyə verilib.

Bu layihənin həyata keçirilməsindən məqsəd şimal-cənub və qərb-şərq dəhlizinin bir hissəsinin təkmilləşdirilməsidir və onun istifadəyə verilməsi ilə ölkənin dörd istiqaməti arasında gediş-gəliş asanlaşacaq.

"Qədir" magistral yolu İranın Qəzvin, Əlbürz, Mərkəzi və Tehran vilayətindən keçir və turizmin inkişafı və milli iqtisadiyyatın çiçəklənməsi ilə yanaşı, qonşu ölkələrə diqqət yetirərək, transmilli sahədə malların tranzitinə də təsir edəcəkdir.

Teqlər