Fev 25, 2021 16:23 Asia/Baku
  • İranın

Koronavirusla Mübarizə üzrə Milli Qərargahın üzvü bildirib ki, İranın "Kovo İran Bərəkət" vaksini yüksək keyfiyyətlə istehsal edilməkdədir.

SaharAzeri xəbər verir, Koronavirusla Mübarizə üzrə Milli Qərargahın üzvü Dr. Minu Möhrəz deyib: "İranın "Kovo İran Bərəkət" vaksini ən yüksək beynəlxalq standartlara uyğun hazırlanır və İranın əczaçılıq məhsulları lazımi təsirə malikdir".

İranlı tədqiqatçıların koronavirusa qarşı hazırladığı "Kovo İran Bərəkət" adlı ilk vaksininin klinik sinaqlarının birinci fazasında insan üzərində sınaq 2020-ci il dekabrın 29-da üç könüllüyə inyeksiya edilərək, başlanıb.

Planlaşdırmaya əsasən, birinci fazanın nəticələri və növbəti fazanın protokolu təsdiqlənərsə, ikinci faza cari ilin 21 may tarixində sona çatacaq.

Qərar üzrə klinik sınaqların ikinci və üçüncü fazası eyni vaxtda başlamalıdır.

Teqlər