Fev 26, 2021 18:56 Asia/Baku
  • İranın ilk geniş korpuslu döyüş PUA-sı

Bu gün müxtəlif tipli pilotsuz uçuş aparatı düzəltmək texnologiyasına malikik və «Kəman-22» PUA-sı İranın ilk geniş korpuslu döyüş PUA-sıdır.

SaharAzeri xəbər verir, bu sözləri İran İslam Respublikası Ordusunun hərbi hava qoşunlarının komandanı «Kəman-22» layihəsinin yekun etaplarından baxış keçirərkən söyləyib.

Aviasiya briqada generalı Əziz Nəsirzadeh sonra belə deyib: Bu pilotsuz təyyarə radioelektron mübarizə, optika və döyüş vəsaitləri ilə təchiz və hava qüvvələrinin əməliyyat tələbləri əsasında konstruksiya edilərək, yekun istehsal etaplarını keçirir.

O, sonra söyləyib: «Kəman-22» PUA-sı İranın ilk geniş korpuslu döyüş PUA-sı olaraq, müxtəlif növlü yükləri daşımaq qabiliyyətinə malikdir.

O, bildirib ki, 24 saatdan çox olmaqla, olduqca yüksək uçuş davamlılığına və üç min kilometrlik məsafəyədək uçuş imkanlarına malik olan bu aparat müxtəlif elektron sursatlar daşımaqla İran İslam Respublikası Ordusunun hərbi hava qüvvələrinə yüksək döyüş qüdrəti bəxş edəcək.

General Nəsirzadeh həmçinin bildirib ki, ucqar hədəflərin foto-şəklini çəkmək, informasiya toplamaq, mühafizə və kəşfiyyat bacarığı bu pilotsuz uçuş aparatının digər imkanlarındandır.

İran İslam Respublikası Ordusunun hərbi hava qoşunlarının komandanı sonda belə qeyd edib: Bu gün çox sayda tapşırıqlar yerinə yetirən döyüş, kəşfiyyat və radioelektron mübarizə də daxil olmaqla müxtəlif tipli pilotsuz uçuş aparatı düzəltmək sahəsində tam şəkildə püxtələşmişik və elə texnologiyalar əldə etmişik ki, qoşunların ehtiyacları əsasında müxtəlif tipli pilotsuz uçuş aparatı istehsal edə bilərik və gələcəkdə digər PUA növlərinin düzəldilməsi də gündəmdə durur.

Teqlər