Mart 02, 2021 18:45 Asia/Baku
  • İranda ayda on milyon doza vaksin istehsalı nəzərdə tutulur

«Bərəkət fondu» vaksini üzrə tədqiqat qrupunun müdiri İranda ayda on milyon doza vaksin istehsal ediləcəyini bildirib.

SəhərAzəri xəbər verir, bu gün Fars informasiya agentliyi ilə müsahibədə bu fondda koronavirusa qarşı altı vaksinin istehsal edilməkdə olduğunu bildirən Həsən Cəlili vurğulayıb ki, qarşıdan gələn yaz fəslində ayda on milyon dozadan yuxarı vaksin istehsalını nəzərdə tutublar.

«Bərəkət fondu» vaksini üzrə tədqiqat qrupunun müdiri qeyd edib ki, altı vaksinin istehsalı üçün proqramlaşdırma aparılıb.

Həsən Cəlili həmçinin İran vaksinlərinin təsir güclərini yüksək və effektli adlandırıb.

«Kovo İran» vaksini beynəlxalq standartlar və keyfiyyətə nəzarət baxımından ən yüksək beynəlxalq standartlara malikdir.

Teqlər